"Rusiyada əməkçi miqrant qismində çalışan Azərbaycan vətəndaşı Orxan Zeynalova polislər tərəfindən təzyiqlərin olmasını qəti şəkildə pisləyirəm. Hadisəni əvvəldən sona kimi izləmişəm. Rusiya mətbuatı hadisəni düşünülmüş olaraq milli münaqişə zəminində törədilən fakt kimi qələmə verdi. Təbii ki, bu kökündən yanlış idi. Çünki hadisə məişət zəminində baş verib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı Orxan Zeynalovun törətdiyi hadisəyə və bir neçə gündür bunun ətrafında cərəyan edən məsələlərə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, istənilən cinayət hadisəsi hüquq müstəvisində həll olunmalıdır: "Lakin telekanallarda Orxana qarşı vəhşi münasibətin şahidi olanda çox heyrətə gəldim. Bu ölkə hüquq anlayışının nə olduğunu başa düşmür. Rusiya hələ hüquqi qayda-qanunla idarə olunmur. Hələ də anlaya bilmirəm ki, Orxan Zeynalovu Rusiyanın daxili işlər nazirinin qarşısına gətirməyə nə ehtiyac var idi? O nə terrorist idi, nə də xeyli sayda insanın ölümünə səbəb olmuşdu! Onlar hərəkətləri ilə sadəcə özlərini biyabır etmiş oldular. Rusiyanın hüquqi dövlət olmasına hələ çox var. Təbii ki, bu məsələdə müxtəlif niyyətlər mövcuddur. Bu niyyətlərdən biri də Azərbaycana qarşı təzyiq etməkdir. Onlar istəyirlər ki, Azərbaycan Rusiyanın istəyi ilə oturub-dursun. Təbii ki, bu da mümkün olan məsələ deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB