"Azərbaycan demokratiya istiqamətində daha da inkişaf etməlidir ki, növbəti seçkilərdə də bu şəffaflığı qoruyub saxlaya bilsin". SİA-nın xəbərinə görə, bu sözləri Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Demokratlar Mərkəzinin (CAPDI) müşahidə missiyasının ötən gün Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı keçirdiyi mətbuat konfransında missiyanın sədri İndoneziyanın sabiq prezidenti Yusuf Kala deyib.
Seçkilərdə aparılan müşahidənin son nəticələri barədə danışan müşahidə missiyasının sədri bildirib ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil olunan seçki prosesi demokratik və şəffaf sferada keçirilib: "Azərbaycan Parlamentinə müşahidə missiyası ilə birgə dəvət olunduğum üçün təşəkkür edirəm. Olduğumuz məntəqələrdə etdiyimiz müşahidələrə əsasən deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyası seçkinin çox ədalətli və demokratik şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaradıb. Seçkilər dinc, sərbəst və şəffaf şəkildə həyat keçirilib, təhdid və zorakılıq halları olmayıb. Qeyd edim ki, müşahidə missiyamıza hər hansı bir qayda pozuntusu ilə bağlı müraciət edilməyib. Sevindirici haldır ki, biz hazırda Azərbaycan xalqını doğru seçimi ilə əlaqədar təbrik edə bilirik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB