Qaradağda seçicilərin aktivliyi müşahidə olunur

Qaradağda seçicilərin aktivliyi müşahidə olunur

Bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. SİA-nın məlumatına görə, bu il keçirilən seçkilər xüsusi aktivliyi ilə seçilir. 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 5 saylı məntəqə də seçicilərin aktivliyi müşahidə olunmaqdadır.

Məntəqə sədri İntizar İsmayılova müxbirimizlə söhbətində bildirib ki, 1474 seçicisi olan seçki məntəqəsində 90 faiz seçicinin səs verməsi gözlənilir: "Burada 1 ədəd veb-kamera və 3 ədəd daşınmaz qutu yerləşdirilib. Hərhalda, biz burada daha yüksək fəallıq gözləyirik. Seçicilər üçüb bütün lazımi şərait yaradılıb. Xəstə olan seçicilərimiz qeydə alnmayıb. Seçki prosesini həm yerli, həm də xarici müşahidəçilər izləyir".

Yerli müşahidəçilərlə söhbət zamanı bildirilib ki, səhər saat 08:00-dan başlanan seçki tam sakit və kənar müdaxilələr olmadan davam edir.

Azərbaycan Sosil Demokrat Partiyasının (ASDP) nümayəndəsi Nəsib Quliyev: "Seçkilər tam şəffaf keçir və seçicilərin fəallığı göz önündədir. Yaranmış mühit onu deməyə əsas verir ki, seçki prosesi sona çatana qədər bu davam edəcək".

Seçici Nazənin Nəsibova: "Seçkilər çox yaxşı təşkil olunub. Ölkəmizdə keçirilən bütün seçkilərdə iştirak etmişəm. Hər dəfə seçki prosesinin daha da təkmilləşdiyinin şahidi olmuşam".

Daha sonra 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə 9 saylı məntəqədə seçki prosesi ilə yaxından tanış olduq. Məntəqə sədri Zümrüd Rzayeva dedi ki, 1354 seçicisi olan məntəqədə min nəfərə yaxın seçicinin səs verəcəyi gözlənilir: "Bizdə 1250 seçici bülleteni var. Məntəqədə 12 seçki kabinəsi və 3 ədəd daşınmaz qutu quraşdırılıb".

Bütün xəbərlər Facebook səhifəmizdə