Seçici siyahısında adı olmayanlara şad xəbər

Seçici siyahısında adı olmayanlara şad xəbər

"Adları seçici siyahısında olmayan seçicilər şəxsiyyət vəsiqəsini təqdim etməklə səs verə bilər". SİA-nın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov deyib.

M.Pənahov bildirib ki, sabah adları seçici siyahısında olmayan seçicilər yaşadıqları bölgədə yerləşən seçki məntəqəsinə gələrək əlavə seçicilər siyahısına düşməklə səs verə biləcəklər.

MSK sədri qeyd edib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın xarici diplomatik nümayəndəliklərində, Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində, neft platformalarında seçicilərin səs verməsi üçün 219 seçki məntəqəsi yaradılıb: "Azərbaycan vətəndaşlarının səsvermə hüququ konstitusion hüquqdur. Buna görə də heç bir seçici səsvermədən kənarda qalmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə