"Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupu həyata keçirdiyi "Mənim Prezidentim"-ə sual kampaniyasını yekunlaşdırıb. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kampaniya çərçivəsində gənclər Prezident İlham Əliyevə suallarını şəhərin müxtəlif məkanlarında qurulan "Mənim Prezidentim" qutularına yerləşdiriblər. Bundan əlavə, gənclər öz suallarını video-çarx şəklində hazırlayaraq ünvanlayıblar.-www.sualver.mp2013.az
Cənab Prezidentin gündəlik həyatı, təhsili və iş fəaliyyəti ilə bağlı ünvanlanan suallar gənclərimizin mütəmadi olaraq Prezident İlham Əliyevin fəaliyyətini izlədiklərini və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupuna qoşulmaqla, ölkənin uğurlu gəlcəyində daim Prezidentə arxalandıqlarını bir daha sübut edir.
Qeyd edək ki, sualların cavablarını almaq və "Mənim Prezidentim" Gənclər Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı daimi yeni məlumatlar əldə etmək eyni zamanda Təşəbbüs Qrupuna qoşulmaq üçün fb.com/mypresident.az səhifəsinə və www.mp2013.az veb-saytına daxil olmaq kifayətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB