Vüqar Rəhimzadə: "Prezident İlham Əliyevin “Jurnalistlərin dostu” seçilməsini şərtləndirən amillər çoxdur” MÜNASİBƏT
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin (AJMK) media nümayəndələri arasında keçirdiyi sorğu nəticəsində Prezident İlham Əliyev Jurnalistlərin dostu seçilib. Sorğu anketlərində dövlət başçısına verilən səslər ümumi səslərin 89 faizini təşkil edib. Bununla bağlı SİA-ya açıqlama verən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə bildirib ki, azad mətbuatın inkişafına xidmət edən davamlı addımlar dövlət başçısı İlham Əliyevin yenidən "Jurnalistlərin dostu" seçilməsini şərtləndirir.
Onun sözlərinə görə, mükafatın təsis olunmasının məqsədinə diqqət yetirsək, bu mühüm hadisəni şərtləndirən amillər özünü qabarıq şəkildə büruzə verər: "Məqsəd ölkədə söz və məlumat azadlığı prinsiplərini inkişaf etdirmək, media ilə dövlət orqanları, özəl qurumlar, siyasi partiyalar və ictimai birliklər arasında əlaqələrin möhkəmlənməsinə köməklik göstərmək, KİV-lərə qayğı ənənələrinin davamlı olmasını təmin etməkdir. 1997-ci ildə təsis olunan bu mükafatın 2002-ci ildə qalibi ulu öndər Heydər Əliyev olub. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərman əsasında senzuranın ləğvindən sonra inkişafında yeni mərhələnin əsası qoyulan mətbuatımızın ötən dövr ərzində əldə etdiyi müsbət nəticələr göz qabağındadır. Həyata keçirilən ardıcıl islahatlar nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran bütün maneələr aradan qaldırılıb, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik beynəlxalq standartlara uyğunlaşdırılmış və mətbuatın maddi-texniki bazası möhkəmləndirilib".
V.Rəhimzadə vurğulayıb ki, ölkəmizin artan imkanları mətbuatın inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsinə geniş imkanlar açır: "KİV-lərə dövlət dəstəyinin əsas məqsədi müstəqil, peşəkar, milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl edən media resurslarının formalaşdırılmasıdır. Dünya informasiya məkanına sürətlə inteqrasiya edən mətbuatımız Azərbaycan dövlətinin, xalqının maraqlarını müdafiə etməli, dövlətimizin beynəlxalq nüfuzunun daha da artmasına öz töhfəsini verməlidir. Qeyd etdiyimiz kimi, mətbuatın inkişafında xidmət edən addımlar davamlıdır. 2010-cu ildə dünyada analoqu olmayan mühüm bir addımın atılması jurnalist ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb. Dövlət başçısı İlham Əliyevin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə imzaladığı sərancama uyğun olaraq binanın tikintisi üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması dövlətin bu sahəyə diqqətinin hansı səviyyədə olduğunu nümayiş etdirdi.
Bu il Milli Mətbuat Günündə dövlət başçısı İlham Əliyevin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" sərəncamına uyğun olaraq dövlət vəsaiti hesabına 17 mərtəbəli, iki bloklu, 156 mənzilli bina jurnalistlərin istifadəsinə verilib. Sualınıza cavabı ümumiləşdirərək qeyd etmək istərdim ki, uğurlar yeni-yeni hədəflər üçün açardır. Ölkəsinin bu gününü və gələcəyini düşünən lider daim kompleks tədbirlərin həyata keçirilməsinə maraq göstərir. İqtisadi inkişafın demokratikləşmə prosesi ilə vəhdət təşkil etdiyini önə çəkən dövlət başçısı İlham Əliyev atdığı addımları ilə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan demokratiya yoluna sadiqliyini nümayiş etdirir. Ümummilli lider Heydər Əliyevin "Azərbaycanda söz azadlığı, fikir azadlığı, siyasi plüralizm geniş yer almalıdır, hər bir vətəndaş özünü azad, sərbəst hiss etməlidir" tezisinin davamı olaraq cənab İlham Əliyev bildirir: "Mən media sahəsində gələcək inkişafı müstəqil, sözün əsl mənasında, müstəqil medianın gücləndirilməsində görürəm". Dövlətimizin atdığı addımlar bu məqsədin təsdiqidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB