Mais Səfərli: “Sadə vətəndaşlar Cəmil Həsənlidən hiddətlənir” AÇIQLAMA
"Milli Şura"nın namizədi Cəmil Həsənli hələ də dərk etmir ki, namizədliyini nəyə görə irəli sürüb. Axı bu insan Azərbaycan xalqına nəyi vermək və nəyi dəyişmək istəyir? Onun bütün çıxışlarında bu məsələ hələ də tam təfərrüatı ilə heç kimə bəlli deyil". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.
Mais Səfərlinin sözlərinə görə, iyul ayının 28-də Yurddaş Partiyası özünün V Qurultayında Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin prezident seçkilərində namizədliyini dəstəkləməklə bağlı yekdil qərar qəbul edib: "Bizim partiyanın nəzdində seçki qərargahı fəaliyyət göstərir. Biz özümüz dəfələrlə Azərbaycanın regionlarda oluruq. Həmin səfərlər zamanı qaçqın şəhərciyində Prezident İlham Əliyevin təbliğat- təşviqat kampaniyası ilə bağlı görüşlər təşkil edirik. Hətta orada olduğumuz zaman insanlar Cəmil Həsənlinin nə demək istədiyini və hansı məhsəbə qulluq etdiyini belə anlamaqda çətinlik çəkirlər. Onlar birmənalı olaraq deyirlər ki, axı nəyə görə bu insan İlham Əliyevin gördüyü bütün işlərin üzərinə qarayaxmaqla məşğul olur. Bəziləri isə onu yaxşı tarixçi kimi tanıdığını bildiriblər. Amma indi Cəmil Həsənli tamamilə dəyişib".
Partiya sədri deyib ki, Cəmil Həsənli yalnız ağa-qara deməklə məşğuldur: "Bu insan güman edir ki, onun bu çıxışları kiminsə ürəyincədir: "Bəlkə də o düz vurğulayır. Bu çıxışlar "Milli Şura"dakıların ürəyincə ola bilər, amma əsas seçicini düşünmək lazımdır. Sadə vətəndaşlar sadəcə olaraq Cəmil Həsənlidən hiddətlənirlər. Onun bir tarixçi kimi insanlar arasında olan hörməti isə yavaş-yavaş yox olmaqdadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB