Qubalılar İlham Əliyevi dəstəkləyir! FOTOLAR

Qubalılar İlham Əliyevi dəstəkləyir! FOTOLAR

Məlum olduğu kimi 9 oktyabr Azərbaycanda prezident seçkiləri günüdür. Bu önəmli gündə xalqımız öz inandığı, güvəndiyi namizədə səs verəcək. Xalqımızın inandığı, güvəndiyi, sevdiyi və seçdiyi namizəd yalnız cənab İlham Əliyevdir.

16 sentyabrdan etibarən YAP namizədi Cənab İlham Əliyevin təbliğat və təşkilat kampaniyasına uğurla start verib. Bu kampaniya ilə bağlı olaraq Azərbaycanın hər bir bölgəsində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir. Belə ki, Quba rayonundan Milli Məclisə deputat seçilmiş Vahid Əhmədov, Yevda Abramov və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı seçki qərargahının üzvləri ilə birgə Quba rayonunun Qaraçay kəndində orta məktəbin və rayonun Rustov kəndində uşaq bağçasının açılışda və açılışdan sonra cənab İlham Əliyevin təbliğat-təşviqat işlərinin aparılması ilə əlaqədar kənd camaatı ilə gorüşlər keçiriblər.

Görüşlər uğurlu keçib. Görüş zamanı Quba rayon sakinləri bir daha bildiriblər ki, onlar Prezident İlham Əliyevə inanırlar. Növbəti dəfə də cənab İlham Əliyevi Prezident kimi görmək istəyirlər.

Sakinlərlə görüşən millət vəkilləri və həmçinin, YAP Qubar rayon təşkilatının üzvləri bildiriblər ki, Cənab İlham Əliyev xalqın inamını, dəstəyini öz gördüyü işlər sayəsində qazanıb. O cümlədən, Prezident Ulu Öndər Heydər Əliyevin kursunu sədaqətlə davam etdirib. Bütün bunlara görə də xalqımız 9 oktyabr prezindent seçkilərində Cənab İlham Əliyevə səs verəcəklər.

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə