"Əli Kərimli xəyanət yolu tutub"

Elman Türkoğlu : "Əli Kərimli nəinki Azərbaycanda, ümumilikdə dünyada yaşayan azərbaycanlılar üçün böyük bir ləkədir"
"Əli Kərimli xəyanət yolu tutub"

Müsahibimiz bayraqdar Elman Türkoğludur

- Elman müəllim, Əli Kərimilinin öz liderinə xəyanəti fonunda bu gün ətrafında olan partiyadaşlarına və ümumilikdə dağıdıcı müxalifətdə olan dostlarına qarşı səmimi olacağı nə qədər inandırıcı görünür?

- Əli Kərimlidə heç bir zaman səmimiyyət olmayıb və olmayacaq da. Onun özü kimdir ki, kiməsə səmimiyyət göstərsin. O, Əbülfəz Elçibəyə etdiyi xəyanətlə ümumilikdə Azərbaycan müxalifətinə xəyanət etmiş oldu. O, çox üzlüdür və onun kimlərə işlədiyini sayıb bitirmək üçün 1 gün belə bəs etməz. Bu adam oyunbazın böyüyüdür. Vaxtilə Rüstəm İbrahimbəyovu dəstəkləyirdi, sonra nə oldu bəs? Cəmil Həsənlini alternativ namizəd kimi irəli verdilər. Hamı yaxşı bilir ki, mən heç zaman Rüstəm İbrahimbəyovu dəstəkləməmişəm. Elə "Milli Şura" yarananda da demişəm ki, burada ancaq fitnəkarlar toplaşıblar. Əgər Əli Kərimli öz ad günündə Elçibəyi zəhərləyib öldürübsə, bu, xəyanətdir. Yaxşı olar ki, o öz başına güllə vurub özünü öldürsün. Başqa çıxış yolu yoxdur.

- Xəyanət yolunu tutmuş Əli Kərimlinin siyasətdə qalması siyasi mədəniyyətə və siyasi etikaya nə dərəcədə uyğundur?

- Azərbaycan siyasətində Əli Kərimli kimi bir insanın olması nəinki Azərbaycanda, ümumilikdə dünyada yaşayan azərbaycanlılar üçün böyük bir ləkədir. Mən əminəm ki, elə bir gün gələcək ki, Azərbaycan xalqı Əli Kərimlinin cəzasını özü verəcək. Nə qədər ki, Azərbaycan müxalifətində Əli Kərimli kimilər var, onlar heç zaman hakimiyyətə gələ bilməyəcəklər. Axı onlar niyə bunu etiraf etmirlər, mənə çox maraqlıdır?!

- 20 ildir ki, müxalifətdə qalıb bir növ çürüyən Əli Kərimli və digərlərinin iddialı görünmək üçün populist bəyanatlar səsləndirməsi, sizcə, diqqət çəkməkdən başqa bir şey deyil ki?

- Əli Kərimli 20 il əvvəl, hələ Əbülfəz Elçibəyin dövründə dövlət katibi olduğu illərdə çürümüşdü. Belə demək mümkündürsə, sağlam ağacın çürük bir budağı idi. Əli Kərimli o qədər iyrənc bir adamdır ki, onun haqqında nə isə xoş bir fikir bildirmək mümkün deyil. Kim ki, Əli Kərimliyə ziyalı deyir, o da elə onun səviyyəsində olan biridir. O özünü unudan, çirkin niyyətləri olan pul düşgününün biridir. Adi bir faktı demək kifayətdir ki, onun oğlu Londonda milyonlar içində yaşayır. Adamdan soruşmazlar ki, bu qədər pulu hardan almısan? Qısası, bunu deyim ki, Əli Kərimli kimi təhqir olunmuş, pulla xarici qüvvələrə işləyən adamların Azərbaycan siyasətində yeri yoxdur.

Sadiq Qaçayev

Bütün xəbərlər Facebook səhifəmizdə