“Bu qurumu “Antimilli Şura” adlandırardım” MÜSAHİBƏ

“Bu qurumu “Antimilli Şura” adlandırardım” MÜSAHİBƏ

"Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzovun "Milli Şura"nın bugünkü vəziyyəti ilə bağlı SƏS TV-yə müsahibəsi:

- "Milli Şura"nın bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Əslində "Milli Şura" 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zamanında yaradılan və ölkəmizin gələcəyi naminə böyük qərarlar qəbul edən bir qurum olub. Buna görə də bu adla yaradılan qurumun tərkibində olan insanlarının bu işin məsuliyyətini ciddi qəbul etməlidirlər. Çünki tarixdə bu qurumun gördüyü işlər müqabilində həmin insanlar gərək bu ada xələl gətirməsinlər.

Lakin onlar müsavat ideologiyasından istifadə edib müsavat adını gözdən saldılar, eləcə də "Milli Şura" adını cılızlaşdırdılar. Bildiyimiz kimi bu gün Qubadlı rayonunun işğalından 20 il ötür. Bununla bağlı təşkil olunan tədbirdə mən də iştirak edirdim. Orada çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərlə İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov lazım olan bir cümlə işlətdi. Onun sözlərinə görə, müxalifətin tərkibində tək-tük qalan ismətli insanlardan biri olan Cəmil Həsənlini də bu oyuna alət edib onu da nüfuzdan saldılar. Əli Həsənovun bu fikrinə tamamilə şərikəm.

- Cəmil Həsənlinin ehtiyat namizəd kimi seçilməsi "Milli Şura"nın daxilində yenilikçi bir addım oldumu?

- İsa Qəmbər də, Əli Kərimli də, hətta okeanın o biri tərəfində oturub Azərbaycana qarşı fəaliyyət göstərən Rəsul Quliyev və digərləri də bilirlər ki, hazırda seçkilərdə Prezident İlham Əliyevə alternativ yoxdur. Təbii ki, onların məğlubiyyəti qaçılmazdır. Məğlubiyyətdə qaçılmaz olduğundan oyundan qaça bilmirlər. Çünki oyundan kənarda qalsalar, o zaman xaricdən aldıqları qrantdan kənarda qalacaqlar. "Milli Şura" Azərbaycan dilini bilməyən, dünyaya gələndən az bir müddət sonar ölkəsini tərk edən, xalqımızın milli mənəviyyatına bələd olmayan birininin president seçkilərinə namizəd kimi vermək istəyir. Vaxtı ilə tarixdə öz izini qoyan "Milli Şura" buna razı ola bilərdimi? Bunu bilə-bilə onu namizəd kimi irəli sürmək antimillilikdir. Bun görə də bu qurumu "Milli Şura" deyil, "Antimilli Şura" adlandırardım.

- "EL" hərəkatının Ali Məclisinin sabiq müavini Əflan İbrahimovun məlum bəyanatından sonra Eldar Namazov bir neçə dildə danışdı. İlk olaraq tanımadığını, sonra isə başqa cür fikrini dəyişdi. Sizin Əflan İbrahimovun bəyanatına münasibətiniz necədi?

- Prezident seçkiləri öncəsi ayardılan qurumun tərkibində insanlar xüsusi məsuliyyət hissi keçirməlidir. Qurum yaradılmadan öncə onun tərkibindəki insanlarda əvvəlcədən təsəvvür yaradılmalıdır ki, gələcəkdə nə kimi işlər görüləcək. Əflan İbrahimov da açıq aydın gördü ki, bu gedilən yol Azərbaycan xalqının ziyanınadır. Gecdə olsa bu yoldan çəkilməyi anladı.

- O, bu hərəkəti ilə "Milli Şura"nı ifşa etmədimi?

- Təbii ki, belədir. Hesab edirəm ki, o, bu addımı ilə Azərbyacan xalqına böyük xidmət etmiş oldu. O, "Milli Şura"nın əsl üzünü ortaya qoydu. Bir faktı qeyd edim ki, Azərbaycan bu gün o qədər güclüdür ki, müxalifətçilərin sayının çox olması təhlükə törədə bilməz. Çünki müxalifət nə qədər güclü olarsa, dövlət daha da sürətlə inkişaf etmək üçün addımını genişləndirəcək. Bu gün konstruktiv müxalifəti hamıdan çox Prezident İlham Əliyev arzulayır. Lakin təəssüf ki, Azərbaycanda müxalifət yoxdur.

- "Milli Şura"nın liderlərinə müraciətiniz nə olar?

- Azərbaycan xalqının tarixində mövcud olan çox ciddi bir qurumun adını öz üzərinizə götürərək bu gün dövlətçiliyə qarşı zərərli addımlar atan bu qurum ən azından "Milli Şura" adından imtina etsin. Ya bu qurumun adını dəyişsinlər, ya da "Milli Şura"nın tərkibində olan insanları anti Azərbaycan fəaliyyətlərinə son qoymağa çağırıram.

Bütün xəbərlər Facebook səhifəmizdə