Əli Həsənov: "Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır"

Əli Həsənov: "Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır"

"Rayonlarımızın işğalı günlərində tədbirlərin keçirilmə metodologiyasını dəyişmək lazımdır. Belə günlərdə ermənilərin törətdiyi əməllərə qarşı böyük aksiyalar təşkil olunmalıdır". Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Dövlət Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavininin sözlərinə görə, işğal günlərində Ermənistanın separatçı-şovinist siyasətinə qarşı dünya miqyasında aksiyalara start verilməlidir: "Azərbaycan hökuməti tərəfindən də belə bir təklif hazırlayacağıq. Hesab edirəm ki, işğal günlərində Azərbaycanın xaricdəki səfirlikləri, diaspora nümayəndələri, Azərbaycan ictimaiyyəti bütün dünyaya səs salan təbliğat aparmalıdır. Dünya ictimaiyyəti mütəmadi məlumatlandırılmalıdır ki, beynəlxalq aləm erməni şovinizmi haqda bilgili olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə