Elmar Məmmədyarov Nyu-Yorka səfər gedib

Elmar Məmmədyarov Nyu-Yorka səfər gedib

Xarici işlər naziri Elmar Məmmədyarovun BMT Təhlükəsizlik Şurasının "Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq" mövzusunda keçiriləcək açıq müzakirələrdə iştirak etmək məqsədilə Nyu-Yorka səfəri başlayıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək. Səfər müddətində nazir Elmar Məmmədyarovun BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə