Rasim Musabəyov: “Havadarları Ermənistanın ağlını başına yığmalıdır”
"Hesab edirəm ki, bu təbliğat xarakterli yanaşmadır. Reallıq isə ondan ibarətdir ki, Ermənistanın iqtisadi vəziyyəti həqiqətən də çox acınacaqlıdır". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov Ermənistan prezidenti Serj Sarkisyanın ölkəsinin acınacaqlı durumda oması ilə bağlı erməni mətbuatına verdiyi açıqlamalara münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, işğalçı ölkəyə maliyyə yardımı edən ölkələr ( ABŞ, Rusiya, Avropa Birliyi) bu dövlətin ağlını başına yığmaq üçün müəyyən şərtlər qoysalar, bəlkə bu zaman danışıqlar prosesində müsbət irəliləyişə nail olmaq olar: "Əks halda, Ermənistan öz inadkarlığından əl çəkməyəcək".
ATƏT-in Minsk qrupunun son bəyanatına gəlincə deyə bilərəm ki, həmsədrlər tərəflərin yenidən görüş keçirmələrində, dialoqlarını davam etdirmələrində maraqlıdır: "Çünki konkret olaraq onların dilindən müsbət heç bir söz eşidilməyib".
Tərəflərin xarici işlər nazirləri səviyyəsində görüşlərinə də toxunan Rasim Musabəyov bildirib ki, bu barədə hələlik konkret gündəlik müəyyən olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB