Elçin Mirzəbəyli: “Azərbaycan xalqı onları öz yerinə oturdacaq” AÇIQLAMA
"Onlara "Milli Şura" adının verilməsi düzgün deyil. Təəssüflər olsun ki, biz də onu Milli Şura adlandırırıq. Halbuki milli sözünün bu struktura heç bir aidiyyatı yoxdur". Bunu SİA-ya açıqlamasına Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura" daxilində vahid namizəd məsələsi ilə bağlı radikal düşərgənin üzvlərinin hələ də bir araya gələ bilməməsinə münasibət bildirərkən deyib.
E.Mirzəbəylinin sözlərinə görə, "Milli Şura" daxilində təmsil olunan qüvvələrin əksəriyyəti Azərbaycanın milli maraqlarına zidd fəaliyyət göstərən insanlardır: "Təbii ki, indiki şəraitdə intriqaların baş verməsi gözlənilən idi. Çünki, ayrı-ayrı siyasi qüvvələrin öz marağı var və hərəsi ayrı-ayrı qütbləri təmsil edirlər. Ona görə də Azərbaycanda hər kəs bəyan edir ki, bunlar vahid razılığa gələ bilməyəcəklər. Kənardan hər hansı siyasi təşkilatın idarə olunması perspektivi yoxdur. Rüstəm İbrahimbəyov xaricdən Azərbaycanda hər hansı bir prosesə təsir göstərə bilməz. Hesab edirəm ki, prezident seçkiləri yaxınlaşdıqca bir sıra məqamlara da aydınlıq gələcək və beləcə "Milli Şura" avantürası da sıradan çıxacaq".
Sədr müavini "Milli Şura"nın daxilində Eldar Namazovun dini və etik zəmində yaratmaq istədiyi komissiyaya da toxunaraq deyib ki, adı çəkilən bu komissiyanın yaradılması məqsədyönlü siyasətdir: "Onlar hansı komissiyanı yaradırlarsa yaratsınlar son nəticədə gördükləri iş sıfıra bərabər olacaq. Eldar Namazov uğursuz siyasətçidir. Bu günə qədər həmin insanın yaratdığı bütün təşkilatlar iflasa uğrayıb və bundan sonra da iflasa uğrayacaq. Çünki, E.Namazov siyasi potensiala və intellektə malik deyil. Bunların məqsədləri hər kəsə məlumdur. Belə ki, onlar ölkədə bütün vasitələrdən istifadə edərək qarşıdurma yaratmaq istəyirlər. Bu, insanlar başa düşürlər ki, normal, sivil qaydada ölkədə prezident seçkiləri keçiriləcək və onların bu prosesdə uğur qazanmaq şansları sıfıra bərabər olacaq. Azərbaycan artıq 1992-93-cü ilin Azərbaycanı deyil, güclü və formalaşmış dövlətdir. Bakıda keçirilən möhtəşəm hərbi parad da bunu bir daha ortaya qoydu. Əgər kimsə Azərbaycanın dövlət maraqlarına və müstəqilliyinə xələl gətirən addımlar atacaqsa, ilk növbədə bunun qarşısını dövlət alacaq. Daha sonra isə Azərbaycan xalqı onları öz yerinə oturdacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB