Ziyafət Əsgərov: "Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?! "
Milli Məclisin bugünkü iclasında deputatlar arasında mübahisə yaşanıb. SİA-nın məluamtına görə, millət vəkili Qüdrət Həsənquliyev qanun layihələrinin parlamentdə müzakirəsiz, ardıcıl olaraq səsverməyə çıxarılmasına görə parlament rəhbərliyini tənqid edərək bildirib: "2012-ci ilin büdcəsinin icrası ilə bağlı müzakirələri aparmırsınız, ikinci, üçüncü dərəcəli məsələ ilə bağlı müzakirə açırsınız. Ondansa, elə ardıcıl olaraq sənədlərin hamısını səsverməyə qoyun, getsin! Sovet dövründə iki sessiya olurdu – yaz və payız və millət vəkilləri sənədləri bir yerə yığıb səs verirdilər".
Vitse-spiker Ziyafət Əsgərov Qüdrət Həsənquliyevin bu fikirlərinə etiraz edib: "Ayıb olsun, özünüzü jurnalistlərə göstərirsiniz?! Parlament seçkiləri hələ 2015-ci ildədir, siz isə indidən PR aparırsınız. Sovet dövrünün parlamenti ilə müqayisə aparmağınız, ümumiyyətlə yersizdir".
Vitse-spiker bildirib ki, büdcə layihəsi ilə bağlı heç kim müzakirəyə yazılmadığından, layihə birdəfəlik səsə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB