Sərraf Balaxan: “Gənclər öz zamanını xalqı və milləti üçün dəyərləndirsə...”
Yeni Azərbaycan partiyası Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Balaxanın Səs TV-yə müsahibəsi
- Sərraf müəllim, bugünkü mövzumuz gənclərin ictimai-siyasi proseslərdə fəallığıdır. Bizə artıq məlumdur ki, gənclər növbəti prezident seçkilərində prezidentimiz İlham Əliyevi seçəcəklərinə dair qərar qəbul ediblər. Sizcə, gənclərimizin cənab prezidentə inam və etibarı nədən qaynaqlanır?
- Bu gün ölkə prezidenti cənab İlham Əliyevin gənclərlə bağlı həyata keçirdiyi siyasət, o cümlədən digər sahələrdəki uğurlu addımlar ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Cənab prezidentimiz bu gün Azərbaycan dövlətinin inkişaf prosesini ən yüksək səviyyəyə qaldırıb və bunun nəticəsi olaraq da respublikamız dünya dövlətləri arasında ən etibarlı tərəfdaşlardan biri kimi qiymətləndirilir. Bu qürurverici nailiyyətlər Azərbaycan gənclərinin xarici dövlətlərdə alnıaçıq fəaliyyət göstərməsinə, təhsil almasına və müxtəlif layihələrdə iştirak etməsinə geniş imkan verir. Prezidentimizin Azərbaycan gəncliyinə olan inam və etibarı onları daha da məsuliyyətli addımlar atmağa sövq edir. Mənə elə gəlir ki, bu qərar peşəkar bir düşüncənin məhsuludur.
- Məlumdur ki, ölkəmizdə gənclərlə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramların icrası gənclərin problemlərinin həlli baxımından nə dərəcədə mühüm rol oynayır?
- Belə proqramlar Ümummilli Liderimiz Heydər Əliyevin zamanından tətbiq olunur. Bu proqramların əsasını gənclərin xaricdə təhsili, onların sosial həyatının təmin olunmasına dair məsələlər təşkil edir. Prezident İlham Əliyev də bu kimi proqramların icrasının gənclər üçün faydasını görərək, ümummilli liderimiz Heydər Əliyevin layiqli siyasətini davam etdirir. Cənab prezidentin imzası ilə təsdiq olunmuş gənclər proqramları gənclər tərəfindən yaxşı mənimsənilməli, mükəmməl şəkildə mütaliə edilməlidir. Gənclərin onu yaxşı mənimsəməsi, aydın dərk etməsi üçün bir sıra təlimlər keçirilib. Mən şəxsən özüm də bu kimi təlimlərdə iştirak edib, gəncləri bu proqramlardan maksimum dərəcədə istifadə etmələri üçün məlumatlandırmağa çalışıram. Gənclər dövlətin xidmətindən, onlara verilən imkanlardan yararlanaraq, yüksək nəticələr əldə edə bilərlər.
- Azərbaycanda gənclərin ictimai - siyasi sahələrdə fəallığını, xarici ölkələrdə təmsilçiliyini xüsusilə də intellekt və bacarıqlarını necə dəyərləndirmək olar?
- Ola bilər ki, gənclərin gənclik haqında fikirləri müəyyən təbəqələrə maraqsız görünsün, çünki hər dövrdə olduğu kimi, nəsillərin qarşıdurması vardır. Bəzən yaşlı nəsillə gənclər arasında fikir ayrılığı meydana gəlir, onlar bir-birilərini başqa cur dəyərləndirirlər. Mənim fikrimcə, müasir Azərbaycan gəncliyi 21-ci əsrin standartlarına tam olaraq cavab verir. Onların intellektual səviyyəsi qənaətbəxşdir. Mən illər öncə "Füyuzat" jurnalında qaldırılan bir məsləyə xitab etmək istərdim. Orada deyilir ki, əgər gənclər öz zamanını xalqı və milləti üçün dəyərləndirərsə, o xalqının məsuliyyətini çiynində daşıyan bir xalq qəhrəmanıdır.
Çox şadam ki, bu gün gənclərimiz arasında belə qəhrəmanlar mövcuddur. Onlar xalqımızı dünya ölkələrində yüksək səviyyədə təmsil edirlər. Hətta respublikamızın səfirliklərinin mövcud olmadığı ölkələrdə belə öz vəzifələrini layiqincə yerinə yetirmək məharətinə malikdirlər.
Sona Məmmədli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB