Xəbər verildiyi kimi, Sloveniya parlamentinin xarici siyasət komitəsinin sədri xanım Yanya Klasincin dəvəti ilə Avronest PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov başda olmaqla parlament nümayəndə heyətinin üzvləri BAXCP sədri Qüdrət Həsənquliyev, BQP sədri Fazil Mustafa, millət vəkili Ceyhun Osmanlı və Azərbaycan respublikasının sənaye və energetika naziri Natiq Əliyev Sloveniyada səfərdə olublar. BAXCP-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Avronest PA-da Azərbaycanın nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində bir sıra mühüm görüşlərin keçirildiyini vurğulayıb.
BAXCP sədri səfərin ilk günü Mehdi Hüseynzadənin məzarını ziyarət etdiklərini, qəhrəmanımızın şərəfinə inşa edilmiş muzeylə tanış olduqlarını bildirib. BAXCP sədrinin sözlərinə görə, muzeyin həyətində Mehdi Hüseynzadənin büstü, içərisində isə möhtəşəm abidəsi ucaldılıb: "Mehdi Hüzeynzadənin məzarının olduğu Sempas şəhərində Sloveniya-Azərbaycan dostluq qrupunun sədri İvan Basin, qrupun fəalları və şəhər rəhbərliyi ilə də görüşdük. İvan Basin görüş zamanı Azərbaycanda da belə bir dostluq qrupunun fəaliyyət göstərməsini arzuladığını bildirdi".
Q.Həsənquliyev qeyd edib ki, səfər çərçivəsində Sloveniya parlamentinin sədri Yanko Veberlə, daha sonra isə Sloveniya parlamentinin xarici siyasət komitəsi və Avropa İttifaqı məsələləri komitəsinin üzvləri ilə görüşüblər: "Sloveniya Parlamentinin Xarici Siyasət Komitəsi və Avropa İttifaqı məsələləri komitəsinin üzvlərilə keçirilən Sloveniyanı Avropa Parlamentində təmsil edən parlamentarilərin də iştirak etdiyi görüşdə nümayəndə heyətimizin rəhbəri Elxan Süleymanov, yanacaq və energetiya naziri Hatiq Əliyev, millət vəkilləri Fazil Mustafa, Ceyhun Osmanlı və mən Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkəmizə vurulmuş maddi və mənəvi zərərin miqyası, işğal edilmiş ərazilərdə təcavüzkar dövlət tərəfindən aparılmış etnik təmizləmə nəticəsində bir milyondan artıq Azərbaycan vətəndaşının hüquqlarının kütləvi və kobud şəkildə pozulması barədə ətraflı məlumat verdik.
Görüşdə Azərbaycan Avropanın sədaqətli tərəfdaşı olması, Avropanin enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynadığı vurğulandı, Azərbaycanın Avropa İttifaqınin Şərq Tərəfdaşlığı proqramının iştirakçısı və Avronest Parlament Assambleyasının təsisçilərindən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Avropa Parlamentinin üzvləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiklərini və bundan sonra da müdafiə edəcəklərini bildirdlər və və qeyd etdilər ki, münaqişə BMT Təhlükəsizlik Şurasının və Avropa Parlamentinin qətnamələri çərçivəsində tənzimlənməli, işğal altında olan Azərbaycan əraziləri qeyd-şərtsiz azad edilməlidir".
Azərbaycan nümayəndə heyətinin Sloveniya Respublikasının baş naziri xanım Alenka Bratusik tərəfindən də qəbul edildiyini deyən Qüdrət Həsənquliyev görüşdə Sloveniya-Azərbaycan iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələrin aparıldığını bildirib: "Baş nazir Sloveniyada genişmiqyaslı iqtisadi islahatların aparıldığını və bu məqsədlə iri müəssislərin özəlləşdirməyə çıxarıldığını xatırlatdı, Azərbaycan hökumətini və özəl şirkətləri bu prosesdə fəal iştirak etməyə çağırdı. Xanım Alenka Bratusik Azərbaycanla bütün sahələrdə, xususilə energetika və turizm sahələrində əlaqələrin güclənməsində maraqlı olduğunu vurğuladı".
BAXCP sədrinin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin səfərindən ciddi narahatlıq keçirən Ermənistan xarici işlər nazirliyi Sloveniyaya etiraz bəyanatı göndərib: "Lakin bu bəyanat öncə bəzi deputatlarda müəyyən tərəddüd yaratsa da son nəticədə Elxan Sülyemanovun təşkilatçılığı ilə baş tutan səfərin uğurla başa çatmasına heç bir təsir göstərməyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB