Rasim Musabəyov: “Azərbaycan İranın səmimiliyinə böyük şübhə ilə yanaşmalıdır”
"İrana Azərbaycandan alim və yazıçı getməməsini istəyən cənub qonşumuz anlamalıdır ki, bu, onlara xeyir gətirəcək bir münasibət deyil". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov İranda iki Azərbaycan vətəndaşının saxlanmasına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, İran tərəfinin bu kimi addımları birinci dəfə deyil ki, baş verir: "İran tərəfindən Azərbaycana qarşı mütəmadi olaraq bu addımların atıldığının şahidi oluruq. İran bu siyasətlə sanki ikitərəfli əlaqələrin qırılmasına yönəlik addımlar atır. Buna baxmayaraq, Azərbaycan ikitərəfli əlaqələrin genişlənməsi üçün hər zaman əl uzadır. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İrana səfəri iki ölkə arasındakı narazılıqları, narahatçılıqları aradan götürməyə hesablanmışdı. Onun arxasınca İran tərəfindən bu cür addım göstərir ki, Azərbaycan İranın səmimiliyinə böyük şübhə ilə yanaşmalıdır. Vətəndaşlarımızın qorunmağı məsələsinə gəlincə isə hesab edirəm ki, Azərbaycan hökuməti vətəndaşını hər zaman qoruyub və sona qədər də qorumağa davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB