Əli Əhmədov: “Con Kerri tərəfindən belə fikrin səsləndirilməsi təsadüfi deyil”
"Qarabağ münaqişəsinin həll olunması ilə əlaqədar vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun bu missiyanı layiqincə yerinə yetirə bilməməsi fonunda Türkiyə kifayət qədər obyektiv görünür". SİA-nın verdiyi xəbərə görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov jurnalistlərə verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Azərbaycan dəfələrlə Türkiyənin Dağlıq Qarabağ probleminin həll olunmasında böyük rol oynaya biləcəyi fikirini vurğulayıb: "İndiyə qədər vasitəçilik missiyasında sanki ədalətsiz format mövcud idi. Vasitəçilərin tərkibinə nəzər saldıqda Azərbaycanın maraqlarını müdafiə edəcək hər hansı bir tərəf yoxdur. Lakin bununla yanaşı, vasitəçilər tərəfsiz də deyillər. Yəni, bir tərəfdən vasitəçilər tərəfsiz deyillər, digər tərəfdən Azərbaycanın haqlı mövqeyini müdafiə edəcək vasitəçi yoxdur. Belə olan halda Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında rolunun əhəmiyyəti daha da artır. Türkiyənin bütövlükdə Cənubi Qafqazda rolu, regionla bağlı proseslərin həll olunmasında, münaqişənin nizama salınmasına da əhəmiyyətli təsir göstərmək imkanları yaradır. Azərbaycan vətəndaşları olaraq biz bunu ədalətli hesab edirik. Con Kerri tərəfindən belə fikrin səsləndirilməsi təsadüfi deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB