Nazir müavini Azərbaycana gəlib

Polşa xarici işlər nazirinin müavini Karajina Pelçinska Azərbaycana səfərə gəlib. Polşanın Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, diplomat Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, nazir müavinləri Mahmud Məmmədquliyev və Xələf Xələfovla görüşəcək. Tərəflər Azərbaycan və Polşa arasındakı iqtisadi-siyasi əlaqələri, Azərbaycan-AB münasibətlərini, Polşanın Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin möhkəmləndirilməsinə verə biləcəyi töhfələri müzakirə edəcəklər.

Qeyd edək ki, səfər regional xarakter daşıyır. K. Pelçinska daha öncə Ermənistan və Gürcüstanda olub.

Bütün xəbərlər Facebook səhifəmizdə