YAP Xətai rayon təşkilatında geniş tərkibli müşavirə keçirilib YENİLƏNİB-FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında rayon və şəhər təşkilatı sədrlərinin iştirakı ilə müşavirə keçirilib. SİA-nın məlumatına görə, tədbirdə YAP-ın Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov, hakim partiyanın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov da iştirak edib. Müşavirənin keçirilməsində əsas məqsəd yerli strukturların seçki kampaniyasının yüksək şəraitdə təmin edilməsi və qarşıda duran vəzifələr idi.
YAP-ın Sədr müavini Əli Əhmədov tədbiri giriş nitqi ilə açaraq deyib ki, biz hər bir əhəmiyyətli məsələ ilə əlaqədar zona, eləcə də rayon təşkilatı sədrlərinin müşavirəsini keçiririk və müvafiq təlimatlarımızı veririk. 2013-cü ilin Azərbaycanda növbəti prezident seçkiləri ili olacağını deyən Əli Əhmədov bildirib ki, bununla əlaqədar Azərbaycan cəmiyyətinin ümumi rəyi artıq qəti şəkildə ifadə edilməkdədir. Onun sözlərinə görə, həm YAP, həm də bütün Azərbaycan xalqı 2013-cü il prezident seçkilərində özünün yeganə namizədi kimi cənab İlham Əliyevi görür.
Prezident İlham Əliyev 2003-cü ildən Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmiz dinamik inkişaf yolu keçib, iqtisadiyyatımız sürətlə inkişaf edib, bu illər ərzində beynəlxalq səviyyədə dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən dövləti imicini qazanıb: "Ölkəmizinin beynəlxalq aləmdə nüfuzunun artması, mövqelərinin güclənməsi, çox əhəmiyyətli beynəlxalq layihələrdə Azərbaycanın həlledici iştirakçı kimi çıxış etməsi və s. addımlar vətəndaşların Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətini formalaşdırıb".
Ə.Əhmədov deyib ki, Prezident İlham Əliyevin növbəti beş ildə ölkəmizə başçılıq etməsi, sürətli inkişafımızın növbəti beş ildə də davam etməsi deməkdir: "Bütün bunlara görə, Azərbaycan vətəndaşları növbəti prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsini qəti şəkildə özləri üçün müəyyən ediblər. İnanıram ki, 2013-cü ilin prezident seçkiləri Azərbaycan vətəndaşlarının yüksək fəallığı ilə, demokratik abı-havada keçiriləcək. Hesab edirəm ki, bu seçki Yeni Azərbaycan Partiyasının və partiyamızın sədri İlham Əliyevin növbəti böyük qələbəsi olacaq. Eyni zamanda, bu seçki bütövlükdə xalqımızın qələbəsi, 2013-cü ilin siyasi tarixinin səhifəsi kimi yadda qalacaq".
Daha sonra müşavirə jurnalistlərin iştirakı olmadan davam etdirilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB