"Onun sayəsində prezident oluram"

ABŞ prezidenti Barak Obama Vaşinqtondakı təntənəli andiçmə mərasimindən sonra təşkil edilmiş ziyafətdə xanımı Mişel Obama ilə birlikdə rəqs edib. SİA-nıin RİA Novosti-yə istinadən verdiyi məlumata görə, həmin mərasim bütün telekanallar tərəfindən birbaşa yayımlanıb.

"Onun sayəsində əsl kişi, daha yaxşı kişi və daha yaxşı prezident oluram. Bu gün Konqresdəki naharda dedim: çoxları prezidentin üstünlükləri ilə bağlı mübahisə edirlər. Lakin birinci ledi ilə bağlı kimsə mübahisələr aparmır" bu sözləri prezident Barak Obama ziyafətdə xanımı Mişel Obamanı təqdim edərkən bildirib.

Qeyd edək ki, Mişel Obamanın paltarı mətbuatda maraqla qarşılanıb. Al-qırmızı, açıq çiyinli paltar dizayner Ceyson hazırlayıb. Paltarın zərifliyini "Cimmi Çu" ayaqqabıları və "Kimberli Makdonald" üzük tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə