Qanlı Yanvarın Azərbaycan xalqı üçün görünməyən tərəfi,,,

Qanlı Yanvarın Azərbaycan xalqı üçün görünməyən tərəfi,,,

"20 Yanvar hadisəsi Azərbaycan tarixinə qanla yazılan mübarizə və zəfər səhifəsidir". Bunu SİA-ya Milli QHT Forumunun prezidenti Rauf Zeyni 20 Yanvar faciəsi ilə bağlı hələ də gizli qalan məqamlara münasibət bildirərkən söyləyib.

Forum prezidentinin sözlərinə görə, biz hələ də 20 Yanvar hadisəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilməmişik: "Biz bu istiqamətdə lazımi işlərimizi həyata keçirməliyik. Təbii ki, biz müstəqillik, azadlığımız, dövlətçiliyimiz naminə xeyli sayda şəhidlər vermişik. Məhz bunun müqabilində Azərbaycan öz müstəqilliyinə qovuşub. Şəhidlər Xiyabanı xalqımızın və cəmiyyətimizin umutmadığı, ruhunu əziz tutduğu eləcə də daima ziyarətində olduğu yerlərdən biridir. Hər il 20 Yanvar günü xeyli sayda insan heç bir tapşırıq, göstəriş olmadan sərbəst şəkildə baş xiyabana gələrək şəhidlərimizin əziz xatirəsini yad edirlər. Amma bütün bunlara baxmayaraq, 20 Yanvar hadisəsi ilə bağlı bir çox məsələlər hələ də Azərbaycan xalqı üçün gizli qalmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə