Mübariz Əhmədoğlu: “Xankəndinə enəcək istənilən uçan obyekt vurulmalıdır” AÇIQLAMA
Ermənistan Xankəndinə uçuş təşkil edərsə Azərbaycan birmənalı olaraq həmin təyyarəni vuracaq. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanın Xankəndi aeraportuna təyyarə reysi təşkil etmək cəhdi təxribatçı addımdır: "Bu addımı atmaqla Ermənistan Azərbaycanı təyyarəni endirməyə təhrik edir. Ümumiyyətlə, Ermənistanın Xankəndinə təyyarə səfəri təşkil etməkdən vacib işləri var. Suriyadakı ermənilərin vəziyyəti olduqca ağırdır. Ancaq Ermənistanın 2 milyon pulu yoxdur ki, onları bu ağır vəziyyətdən çıxarsın. Buna baxmayaraq dilənir ki, Xankəndinə aviareys təşkil etsin. Bundan başqa "Armavia" hərraca çıxarılıb, ancaq maddi imkanı yoxdur ki, onu əlində saxlaya bilsin. Ümumiyyətlə, Ermənistanın bu addımı beynəlxalq hüququn kobud pozulması deməkdir. 80-ci illlərin sonu 90-cı illərin əvvələrində Ermənistan daim beynəlxalq hüququ kobudcasına pozmaqla məşğul olub. O zaman Azərbaycan bu məsələlərdə aciz idi. Beynəlxalq hüququn pozulmasına reaksiya verə bilmirdik. İndi kifayət qədər gücümüz var. Buna görə də Azərbaycan ərazisində beynəlxalq hüququn pozulmasına imkan verə bilməz. Digər bir məsələ Azərbaycanın priventiv diplomatiyası indidən işə düşməlidir. Dünyaya bəyan etməlidir ki, Xankəndinə aviareys təşkil olunsa vurulacaq. Ermənistanın Dağlıq Qarabağda beynəlxalq hüququ pozmasına imkan verməyin, apardığı məskunlaşma prosesini ləğv edin və digər bu kimi təxribatçı addımların qarşısını alın. Təbii ki, bu addımlar atılmasa Azərbaycanda beynəlxalq hüquqdan istifadə edərək öz hava məkanını qoruyacaq. Əgər ilk səfər sərnişin təyyarəsi ilə həyata keçiriləcəksə, bu Ermənistanın dünya ictimaiyyətini kobud şəkildə şantaja çəkməsi deməkdir. Çünki ilk aviareyslər təşkil olunarkən onlarda sərnişin olmur. Bir sözlə hansı təyyarə olmağından asılı olmayaraq həmin obyekt vurulmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB