"Bütövlükdə 2012-ci il bütün sahələrdə Azərbaycan üçün uğurlu olub". Bunu SİA-ya açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Onun sözlərinə görə, gələn il münaqişənin həlli istiqamətində mühüm addımlar atılacaq: "Dağlıq Qarabağ məsələsi ətrafında qane ediləcək addımlar atılmasa belə, status-kvonun dəyişməsi istiqamətində ardıcıl fikirlərin səslənməsi böyük uğur hesab olunmalıdır. Bu gün danışıqlar prosesi dondurulmuş vəziyyətdədir. Amma ölkə prezidenti cənab İlham Əliyevin yeritdiyi siyasət 2013-cü ildə bu məsələnin yenidən çox fəal gündəmə gələcəyini söyləməyə imkan verir. Gələn il bütün imkanlardan istifadə edərək Dağlıq Qarabağ probleminin həlli üçün lazım olan bütün addımlar atılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB