Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan – Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının 13-cü iclasında iştirak etmək üçün dekabrın 17-də Brüsselə gedəcəkdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində E. Məmmədyarovun Aİ-nın Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Stefan Füle, Kiprin xarici işlər naziri Erato Kozaku-Markulis ilə görüşləri, həmçinin Azərbaycan – Aİ arasındakı münasibətlərin bütün aspektləri, o cümlədən siyasi, iqtisadi və humanitar məsələlər haqda müzakirələrin aparılması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB