Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycan ilə gələcək əməkdaşlığa maraq göstərirlər. SİA-nın məlumatına görə, bunu Aİ ölkələrinin XİN rəhbərləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən bririfinqdə deyiblər.
"Azərbaycan regionun mərkəzində yerləşir, eyni zamanda, Əfqanıstan, İran problemlərinin "episentr"indədir. Buna görə də Aİ üçün ölkənin özündə sabit vəziyyətin olması çox vacibdir. Aİ və təşkilatın bütün üzvləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında və ümumilikdə regionda sülh və sabitliyin bərqərar olmasında maraqlıdırlar. Aİ regionun problemlərinə laqeyd qala bilməz, çünki Cənubi Qafqaz ölkələri ilə gələcəkdə əməkdaşlığa maraq göstərir", - deyə İsveçin xarici işlər naziri Karl Bildt qeyd edib.
Polşa Prezidenti Administrasiyasının rəhbəri Yatsek Mixaylovskinin sözlərinə görə, Aİ üçün Azərbaycanla əlaqələri çox yüksək səviyyəyə qaldırmaq olduqca vacibdir və bu kontekstdə ölkənin Avropadakı yeni bazarlara çıxışı çox əhəmiyyətlidir. Mixaylovski bu məsələnin bugünkü danışıqların gedişində diqqət mərkəzində olduğunu bildirib.
Bolqarıstan XİN rəhbəri Nikolay Mladenov onu da vurğulayıb ki, Bolqarıstan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirir və münasibətlərin gələcək inkişafında maraqlıdır.
"Azərbaycan enerji resurslarlarının diversifikasiyasının yeni marşrutlarını axtaran Bolqarıstan üçün əsas yerlərdən birini tutur. Bolqarıstan, həmçinin TANAP layihəsinin reallaşdırılmasında da maraqlıdır", - Mladenov deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB