Bu gün Bakıda TÜRKPA-nın Hüquq Komissiyasının II iclası keçirilib. SİA-nın məlumatına görə, toplantıda "TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri " və "TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq" mövzusu ilə bağlı hesabat müzakirəyə çıxarılıb.
Komissiyanın işində Türkiyə Parlementinin millət vəkili, komissiyanın sədri Haluk İpekin başçılığı altında Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak ediblər. Komissiyanın işində həmçinin TÜRKPA baş katibi Ramil Həsənov da iştirak edib və komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat verib. Komissiya heyəti eyni zamanda Parlamentin I vitse-spikeri Ziyafət Əsgərovla görüşüblər.
Qeyd edək ki, tövsiyyə qərarları qəbul edilsə, TÜRKPA-nın 2013-cü ildə Türkiyədə keçiriləcək IV plenar sessiyasında təqdim ediləcək. Əgər orada da təsdiq edilsə, yeni qanun layihələrinin hazırlanması məqsədilə üzv ölkələrin parlamentlərinə göndəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB