Dünyadakı bütün jurnalistləri birləşdirən bir neçə dəyərlər var ki, o Azərbaycanda və Almaniyada da eynidir. Bunu SİA-ya müsahibəsində "Səs" Media Holdinqin qonağı olan almaniyalı jurnalist, Almaniya Milli Radiosunun təmsilçisi Torins Yaps deyib.
Onun sözlərinə görə, burada olmaqda əsas məqsədimiz informasiya toplamaq və bu informasiyanı dolğul şəkildə təmsil etdiyim quruma ötürməkdir: "İlk dəfədir ki, Azərbaycana gəlirəm və paytaxt Bakı haqqında onu deyə bilərəm ki, şəhəriniz həm müasir, həm də qədim tarixi köklərə malikdir. Demək olar ki, Bakı şəhəri öz inkişaf dövrünü yaşayır. Təbii ki, müəyyən problemlər də vardır. Amma ümid edirəm ki, bu problemlər zamanla öz qaydasına düşəcək. Mən Azərbaycan jurnalistlərinin iş prosesi ilə yaxından tanış olmamışam. Almaniya Azərbaycandan fərqli və daha böyük dövlətdir. Orada bütün sahələr olduğu kimi jurnalistika sahəsi də daha geniş və mürəkkəbdir. Bu da təbii ki, Almaniyada gedən proseslərdən irəli gəlir. Ancaq bunu Azərbaycanla müqayisə etmək ola bilsin ki, düzgün deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB