Millət vəkili: “Azərbaycan hər zaman dünyaya nümunədir"

Millət vəkili: “Azərbaycan hər zaman dünyaya nümunədir"

"Azərbaycan dünyada dini məsələlərdə hər zaman nümunə kimi göstərilib. İndi isə Venesiya Komissiyası "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər təklifi göndərib. Azərbaycanı sanki bir laboratoriyaya çevirmək, hansısa planları həyata keçirmək istəyirlər". SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Avropa Şurasının Venesiya Komissiyasının "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklərlə bağlı açıqlamasına irad bildirərkən deyib.

O qeyd edib ki, Venesiya Komissiyasının təklifinə görə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda dini fəaliyyətlə məşğul olmağa, dini ayinləri icra etməyə icazə verilməlidir: "Dünyanın heç bir ölkəsində belə bir məsələ yoxdur. Azərbaycandan molla gedib Fransada dini ayin icra edə bilərmi? Dərhal onun haqqında həbs qətimkan tədbiri həyata keçiriləcək. Əgər yaxşıdırsa, bu dəyişiklikləri birinci digər ölkələrdə tətbiq etsinlər".

S.Novruzov Venesiya Komissiyasının təkliflərini qərəzli və qəbul edilməz olduğunu vurğulayıb: "Əvvəlcə məsələ araşdırılıb, sonra onlara qəti cavab verilməlidir".

Könül Kamilqızı

Bütün xəbərlər Facebook səhifəmizdə