Litvanın yeni səfiri Bakıdadır

Litvanın Azərbaycana yeni təyin olunmuş səfiri Arturas Jurauskas Bakıya gəlib. SİA-nın məlumatına görə, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim etdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq.

Qeyd edək ki, yeni səfir öz diplomatik karyerasına 1993-cü ildə Litva XİN-də başlayıb. Arturas Jurauskas səfir postunda Kyastutis Kudzmanası əvəzləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə