Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası çərçivəsində "Siyasi partiyalar və qadınların siyasi həyatda təmsilçiliyi" mövzusunda müzakirələr keçirilib. SİA-nın verdiyi məlumata görə, iclasda Azərbaycan Milli Məclisinin üzvü, AŞPA-nın Rasizm və Ksenofobiya alt komitəsinin sədri Sahibə Qafarova Avropa Demokratlar Qrupu adından çıxış edərək gündəmdəki mövzu ilə bağlı qurumun rəyini bildirib.
Siyasi partiyaların demokratik sistemlərin inkişafı və siyasi qərarvermə prosesində maraqların müxtəlifliyinin təmin edilməsi baxımından əhəmiyyətini diqqətə çatdıran S.Qafarovanın sözlərinə görə, siyasi partiyalar dövlət hakimiyyətinin formalaşdırılmasında, siyasi kursun müəyyən edilməsində və onun həyata keçirilməsində vacib rol oynayır: "Onlar bütövlükdə siyasi sistemin legitimliyində son dərəcə əhəmiyyətlidirlər və demokratik prosesin səmərəliliyinə vacib zəmin yaradırlar. Buna görə də, bir çox beynəlxalq qurumlar, təşkilatlar bu məsələyə diqqət yetirirlər".
Qadınların siyasi partiyalarda təmsilçiliyinin əhəmiyyəti haqqında da danışan Sahibə Qafarovanın sözlərinə görə, qadınların siyasətdəki təmsilçiliyini artırmaq üçün hər hansı formul yoxdur. Hər bir ölkə bu məsələdə müxtəlif siyasi ənənələrin, siyasi və seçki sistemlərinin, siyasi qəqrarvermədə gender bərabərliyinin əhəmiyyətinin dərk olunma dərəcəsindəki fərqlərin və digər amillərin təsirilə öz yolunda irəliləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB