Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamənin özündə qeyd olunan müddəalar sırf siyasi mövqe daşıyır. Bununla belə bir sıra müddəalar erməni lobbisinin təsiri altında yazılıb ki, onlarda Azərbaycan haqqında mənfi imic formalaşdırmağa və Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə guya sadiq olmadığını sübuta yetirməyə çalışırlar. Bunu SİA-ya açıqlamasında "Xalq cəbhəsi" qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana gətirilməsi və əfv edilməsi tamamilə Beynəlxalq konvensiyalara və ölkə konstitusiyasına uyğun şəkildə həyata keçirilib: "Bu məsələdə Azərbaycana qarşı dünyanın hər hansı bir gücü, beynəlxalq təşkilatı hüquqi təzyiq göstərə bilməz. Bu yalnız və yalnız siyasi müstəvidə baş verə bilər. Burada bir neçə aspekt vardır. Belə ki, Azərbaycan öz öhdəliklərinə əməl etməsə belə onun öz vətəndaşının qayğısına qalması, digər tərəfdən baş verən hadisənin mahiyyətini dərk edərək müəyyən addımlar atması tamamilə qəbul ediləndir. Azərbaycanın 20 faiz torpağı erməni daşnakları tərəfindən işğal edilib. Bununla belə torpaqlarımızın qeyd-şərtsiz azad olunması ilə bağlı BMT TŞ-nın 4 qətnaməsi var və Beynəlxalq təşkilatlar bununla bağlı qətnamə qəbul ediblər. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən icra olunmayıb. Əgər dünyanın ən ali qurumu olan BMT TŞ-nın qətnamələri icra olunmursa və beynəlxalq birlik buna göz yumursa, o zaman hansı öhdəlikərin icra olunmamasından danışılır. Beynəlxalq hüquq bu insanlar üçün əzizdirsə onda gəlin bu hüquqa birmənalı şəkildə münasibət bildirək. Hesab edirəm ki, yaxın vaxtlarda bu ikili standartların əziyyətini elə həmin o aparıcı güclərin özləri çəkəcək".
E.Mirzəbəyli bildirib ki, ikinci bir amil isə Ermənistanın faktiki olaraq danışıqlarda iştirak etməməsidir: "Çünki bu ölkənin mövqeyi danışıqların davam etdirilməsinə imkan vermir. Eyni zamanda onu himayə edən güclər, qüvvələrdə R.Səfərov məsələsinin danışıqlar prosesinə təsir göstərdiyini önə çəkməyə çalışırlar. Bu da sıradan bir bəhanədir. Danışıqlar prosesində atılan bu addımın heç bir təsiri yoxdur. Belə ki, R.Səfərovla bağlı insident biləvasitə Dağlıq Qarabağ (DQ) münaqişəsi müstəvisində baş verən insident deyil bu Azərbaycanın tələblərindən kənarda NATO çərçivəsində davam edən tədbirdə baş tutan bir siyasi prosesdir. Bu hüquqi bir insidentdir. Bunun DQ danışıqlarının davam etdirilməsi ilə bağlı məsələyə keç bir aidiyyatı yoxdur. Bu məsələdə Azərbaycan çox doğru bir addım atıb. Azərbaycan dünyada olan erməni mifini sındırıb. Hesab edirəm ki, bu istiqamətdə atılan addımlar davamlı olmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB