"YAP Gəncləri Birliyi olaraq daim sosial şəbəkələrdə fəal olmağa çalışırıq. Bilirsiniz ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Onlar müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar. Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də, elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk". SİA-nın məlumatına görə, bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, partiyamızın gəncləri sosial şəbəkələrdə, xüsusilə facebook-da qruplar yaradıblar. Onların sırasında "Azərbaycan 2013: QƏLƏBƏ" qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur.
"Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır", - deyə, YAP Gənclər Birliyinin sədri qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB