Münaqişənin tənzimlənməsində aktivlik nəzərə çarpır

Münaqişənin tənzimlənməsində aktivlik nəzərə çarpır

Dnestryanı münaqişənin tənzimlənməsində aktivlik və yeni yanaşma müşahidə olunur. Rəsmi Moskvanın Dnestryanı münaqişənin tənzimlənməsi ilə bağlı ortalığa qoyduğu mövqe Dnestryanı bölgə rəhbərliyini qane etmir. SİA-nın xəbərinə görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib.

Onun sözlərinə görə, Dnestryanı münaqişənin tənzimlənməsində əsas məqsəd Dnestrin hər iki sahilində olan adamların qarşılıqlı təsirli dialoqunda daha çox tərəqqi əldə etmək olmalıdır: "Moldova hökuməti MDB məkanında azad ticarət zonası haqqında müqaviləni təsdiqləyərək parlamentə göndərib. Ehtimal olunur ki, Moldova Dnestryanı münaqişənin tənzimlənməsində Rusiyanın variantını qəbul edib".

Bütün xəbərlər Facebook səhifəmizdə