Azərbaycan XİN-i Tanzaniya ilə bağlı araşdırma aparır

Azərbaycan XİN-i Tanzaniya ilə bağlı araşdırma aparır

Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya Daxili İşlər Nazirliyinin viza alınması tələb olunan ölkələrin siyahısına Dağlıq Qarabağın adını daxil etməsinə dair məlumatı araşdırır. SİA-nın xəbərinə görə, bunu XİN-nin mətbuat katibi Elman Abdullayev deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı Tanzaniyanın rəsmi qurumları ilə əlaqə yaradılacaq və Azərbaycan XİN-in mövqeyi onlara çatdırılacaq.

Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, Tanzaniya Daxili İşlər Nazirliyi səfər etmək üçün viza alınmalı olan ölkələrin siyahısına Dağlıq Qarabağın da adını daxil edib. Vizanın qiyməti 50 dollardır.

Bütün xəbərlər Facebook səhifəmizdə