Mehdi Hüseynquliyev: “Bu məlumatların hələlik rəsmi təsdiqi yoxdur”
ABŞ-ın Azərbaycandakı səfirliyi bu ölkənin Azərbaycana silah satmaqdan imtina etməsi ilə bağlı məlumatları araşdırır. Bunu ANS PRESS-ə səfirliyin əməkdaşı Mehdi Hüseynquliyev deyib. Onun sözlərinə görə, bu məlumatların hələlik rəsmi təsdiqi yoxdur. Fakt təsdiqləndən sonra bu barədə Azərbaycan ictimaiyətinə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, ötən gün ABŞ-ın Azərbaycana silah satışını dayandırması haqda xəbər yayılmışdı. Məlumata görə, Birləşmiş Ştatlar bunu Azərbaycanın həmin silahdan Ermənistana qarşı istifadə edəcəyi ilə əsaslandırıb. Amerikadakı Erməni Assambleyasının məlumatına görə, Birləşmiş Ştatların Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxarıb. Məlumatda ABŞ-ın Azərbaycana hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina etdiyi bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB