Elçin Mirzəbəyli: ”Ermənistan Rusiyanı hərbi münaqişəyə sövq edir” - MÖVQE

Elçin Mirzəbəyli: ”Ermənistan Rusiyanı hərbi münaqişəyə sövq edir” - MÖVQE

Dağlıq Qarabağ münaqişəsinin aktivləşməsindən qorxan Ermənistan özünü sığortalamağın yollarının axtarır. SİA-ya açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Dağlıq Qarabağ münaqişə ilə bağlı verdiyi bəyanatda Rusiyanın adını hallandırması rəsmi Moskvadan himayədarlıq istəməsi ilə bağlıdır.


Siyasi ekspert qeyd edib ki, son dövrlərdə beynəlxalq təşkilatlar və hərbi ekspertlər Azərbaycanda səslənən müharibə bəyanatlarından sonra Ermənistan əhalisinin kütləvi şəkildə ölkəni tərk etdiyini bildirirlər. Bu baxımdan Ohanyanın bəyanatının bir neçə tərəfi var. Birinci tərəf odur ki, müharibənin hər zaman başlama təhlükəsini xəbər verməkdir. İkinci faktor Ermənistanın daxilində yaranmış xofu aradan qaldırmaqdır.


Elçin Mirzəbəyli həmçinin əlavə edib ki, bu bəyanat prosesə daha çox diqqəti cəlb etmək xarakteri daşıyır. Seyran Ohaniyanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatına istinad etməsi yeni yanaşma deyil. Faktiki olaraq hərbi alyansın adını çəkdikdə ilk olaraq insanın ağlına Rusiya gəlir. Çünki burada dominantlıq Rusiyanın əlindədir. Rusiyanın isə Ermənistanda hərbi bazaları var. Bu hərbi bazalarla Rusiya və Ermənistan Avropanın adi silahlar haqqındakı sazişini kobud şəkildə pozur. Bu hərbi bazanın mövcudluğu isə Rusiyanı faktiki olaraq münaqişə tərəfinə çevirir.


E.Mirzəbəylinin sözlərinə görə, Ermənistanın bugünki iqtisadi potensialı imkan vermir ki, rəsmi İrəvan bir başa münaqişədə iştirak etsin. Çünki Ermənistan müflüs olmaq ərəfəsindədir. Eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində keçirilən toplantılarda beynəlxalq məruzəçilərin ekspertlərin rəylərindən biridə Azərbaycanın hərbi potensialının güclənməsidir. Bu gedişlə Azərbaycan üstələyə bilər. Bu da Ermənistanı narahat edən faktorlardan biridir.


Bundan başqa siyasi ekspert Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Dağlıq Qarabağ münaqişəsində ehtimal olunan iştirakına da aydınlıq gətirib. Onun fikirncə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı qeyri-ciddi qurumdur, çünki bu cür hərbi alyans olmur. Qarşımızda NATO kimi ciddi hərbi alyans mövcuddur. Azərbaycanın NATO ölkələri ilə münasibətləri isə hər kəsə bəllidir.


Beynəlxalq hüquq normalarına istinad etsək Rusiyanın Azərbaycan öz torpaqlarını işğaldan azad edəcəyi təqdirdə bu ərazilərə müdaxilə etməsi bu ölkəni bir başa işğalçıya çevirə bilər. Çünki bu ərazilər beynəlxalq hüquq tərəfindən tanınmış Azərbaycan torpaqlarıdır. Daha dəqiq desək BMT-nin mandatı olmadan hər hansı ölkə hərbi əməliyyatda iştirak edə bilməz. Belə bir mandantın da Rusiyaya verilməsi qeyri-mümkündür.


Məsələyə Avropa Birliyinin göstərəcəyi münasibətə gəldikdə isə Elçin Mirzəbəyli qeyd edib ki, Avropa Birliyi regionda sabitliyin qorunub saxlanılmasında maraqlıdır. Avropa Birliyinin öz prioritetləri var. Onlar hesab edirlər ki, hansısa ünsüyyət vastəsi ilə dialoqun qurulması ilə Ermənistanı bu məsələdən çəkindirmək, Azərbaycanı isə təslimçi sülhə sövq etmək olar. Onları əsasən münaqişənin həlli maraqlandırır. Daha doğrusu, sabitliyin qorunub saxlanılması və pozulmaması.


Elçin Mirzəbəylinin sözlərinə görə, münaqişənin həllində özünü tərəf kimi göstərən Avropa Birliyi heç bir sanksiyalar tətbiq etmir. Qərb ən azından diplomatik sanksiyalar tətbiq edə bilər. Çünki Ermənistanla Avropa arasında iqtisadi əlaqələr mövcud deyil. Bu baxımdan Avropa Birliyi bu məsələdə mələk deyil. Verilən bəyanatlarında kökündə sadəcə mövcud zaman kəsiyində münaqişənin qorunub saxlanılması durur. Avropa Birliyi hələ ki öz maraqları çərçivsəində münaqişəni saxlayır.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə