Metro istifadəçiləri cəzalandırılacaq

Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib. SİA-nın verdiyi xəbərə görə, müzakirəyə çıxarılan dəyişikliklərdə metropolitendən istifadə qaydalarını pozanların inzibati qaydada cəzalandırılması öz əksini tapıb. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliyə əsasən, müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə qoşulanlar 70 manat, ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat cərimə tətbiq olunacaq. Eskalatorda sürahinin üzərinə əşya qoyanlar, sürahini çıxaranlar, zərurət olmadan "stop" açarından istifadə edənlər 15 manat, dəmir yoluna hər hansı əşya atanlar 30 manat, vaqonlarda siqaret çəkənlər, qapının açıb-bağlanmasına mane olanlar, özbaşına dəmir yoluna düşənlər, pirotexniki qurğulardan istifadə edənlər isə 50 manat cərimələnəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə