Bakıda “Rusiya-Azərbaycan dialoqu – 2012” mövzusunda tədbir keçiriləcək

Sabah Bakıdakı Park İNN mehmanxanası növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. SİA-nın Prezident Administrasiyasından əldə etdiyi məlumata görə, "Rusiya-Azərbaycan dialoqu – 2012" mövzusunda keçiriləcək tədbir Rusiyanın qeyri-kommersiya qurumu olan "Avrasiya Tədqiqatları İnstitutu" İnkişaf Fondunun təşkilatçılığı, Azərbaycan və Fusiya Federasiyası prezident administrasiyalarının dəstəyi ilə baş tutacaq.

Saat 11:00-da keçirilən tədbirə hər iki ölkənin rəsmi nümayəndələri, millət vəkilləri, iqtisadçılar, siyasətçilər və təbii ki, mətbuat nümayəndələri qatılacaq. Rusiya-Azərbaycan Regional Əməkdaşlıq Forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi məsələsi müzakirə olunacaq. Forumda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsinin, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulub. Rusiya və Azərbaycanın yüksəkvəzifəli şəxslərinin qatıldığı forumda 7 seksiyada siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik, dövlətlərarası münasibətlərin regional aspektləri, Xəzər dənizi və onun ətrafında əməkdaşlıq məsələləri və digər məsələlələr müzakirə olunacaq, mühüm qərarlar qəbul ediləcək. Birgə bəyanatın qəbul olunacağı və iki ölkənin müfafiq strukturları arasında sazişlər imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...