Ermənistanın BMT-dəki səfiri tarix və coğrafiyadan “2” aldı - FOTOFAKT

Ermənistanın BMT-dəki səfiri tarix və coğrafiyadan “2” aldı - FOTOFAKT

Ermənistan rəsmilərinin tarixi faktları öz maraqlarına uyğun şərh etmələri artıq danılmaz həqiqətdir. Məsələ bundadır ki, ermənilərin bu xəstəliyi artıq xroniki hala keçib. Dünənə qədər Dağlıq Qarabağda baş verənlərin heç də Ermənistanla Azərbaycan arasında olmadığını isbat etməyə çalışan sarkisyanlar, nalbandyanlar bu gün münaqişə tərəfinin məhz İrəvan olduğunu artıq gizlətmirlər. Ən maraqlısı isə budur ki, "hay"lar bir az da dərinə gedərək işğalçının Ermənistan yox, Azərbaycan olduğunu ciddi-cəhdlə xaricilərə başa salmağa çalışırlar.

Nədənsə, amerikalılar, ingilislər, ruslar, fransızlar da Dağlıq Qarabağın tarixindən həmişə "2" alırlar və indi də bu davamiyyətdədirlər. Başa düşmək olmur, həmsədr ölkələrin rəhbərləri Ermənistanın sərsəm, əsassız cəhdlərinə rəğmən bu münaqişəni həll, yoxsa özlərini biyabır etmək istəyirlər? Hələlik Rusiya, ABŞ və Fransa kimi nəhəng dövlətlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində dini tərəfkeşliyi bir tərəfə qoyaraq haqlı və haqsız tərəfi ədalətli şəkildə müəyyənləşdirərək həll edə bilmirlər. Və bu hal hər 3 dövlətin imicinə böyük zərbə vurmaqda davam edir. Hər 3 dövlət dünya ictimaiyyəti qarşısında "dünyanı idarə edənlər" titulundan yavaş-yavaş məhrum olur. Halbuki, dünyada baş verən qarşıdurmaları yalnız və yalnız ədalət prinsipi əsasında həll etmək olar.

Ermənistan xristian dövlətidir deyə dünyada sivil, tolerant, islam dininin dünyəvi modelini seçmiş Azərbaycanın haqqını tapdalamaq, ərazisinin işğalına göz yummaq, işğalçı və işğala məruz qalan ölkədən eyni güzəştləri tələb etmək, ərazi bütövlüyü prinsipini xalqların öz müqəddaratını təyinetmə hüququndan aşağı tutmaq və bununla da işğalçı Ermənistana hərtərəfli dəstək vermək ən böyük haqsızlıqdır. Bunun başqa adı yoxdur.

Hər üç həmsədr dövlət Azərbaycanla böyük ticari ilişkilərə malikdir. Azərbaycanın təbii yeraltı və yerüstü sərvətlərindən kifayət qədər faydalanırlar. Ermənistandan fərqli olaraq həmin ölkələrin Azərbaycana yatırtdıqları sərmayələr dövlətimizin zəmanəti altında işlədilir. Hər üç dövlətlə Azərbaycanın yüksək səviyyəli əlaqələri qurulub. Belə olan təqdirdə, Azərbaycana münasibət niyə dəyişmir? Söhbət Dağlıq Qarabağ münaqişəsinin həllindən və bu düyünün açılmamasından gedir. Halbuki, həmsədr dövlətlərin bir günlük "imana-dinə" gəlməyi kifayət edər ki, Ermənistan öz yerini bilsin. Yaxud işğalçının arxasından sadəcə, çəkilmək kifayət edər ki, tarixi haqsızlıq aradan qalxsın, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Əslində bu yazılanlar yeni faktlar və münaqişənin həlli yolunda təzə bir şey deyil. Əgər Ermənistanı Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Karen Nazaryan həddini aşıb Azərbaycanı işğalçı adlandırmasaydı, bu mövzuya toxunmazdıq, daha faydalı işlə məşğul olardıq, özümüzə əziyyət verib onsuz da savadsız olan erməni "elita"sına tarix və coğrafiya dərsləri keçməzdik. Amma...

"Əmma"sı budur ki, ermənilər, xüsusən də Ermənistan rəsmiləri beynəlxalq qurumlarda hələ də öz yalanlarını dilə gətirməkdədirlər.

Hamının gözünə kül üfürməyi bacaran ermənilər BMT Təhlükəsizlik Şurasının münaqişə zonalarında sivil insanların qorunmasına dair keçirilən dinləmələrdə Ermənistanın qurumdakı nümayəndəsi Nazaryan Dağlıq Qarabağ məsələsinə toxunaraq bildirib ki, guya Azərbaycanın işğalı nəticəsində yüz minlərlə insanın haqqı tapdalanıb, Dağlıq Qarabağın şimal hissəsi işğal olunub. Nazaryan həyasızlığına salaraq əlavə edib ki, münaqişə zamanı ermənilərə məxsus evlər, tarixi yerlər, abidələr məhv edilib. Bunu başa düşdük, ermənilər adəti üzrə yalan danışırlar. Amma Ermənistan təmsilçisi niyə Azərbaycanın hələ də nəzarət edə bilmədiyi, işğal olunmuş ərazilərimizə BMT-nin baş katibi də daxil olmaqla bir qrup xarici müşahidəçini adı dəyişdirilmiş, bütün kəndləri yerlə yeksan edilmiş, qəbirstanlıqları yerlə bir edilmiş, məscidləri dağıdılmış, tarixi abidələri Ermənistana daşınmış, böyük əksəriyyəti yer üzündən silinmiş Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya, Ağdama, Şuşaya, Xankəndinə, Cəbrayıla, Xocavəndə aparmır. Oralarda baş verən erməni vandalizmini nümayiş etdirmir. Əslində, beynəlxalq qurumların təmsilçiləri də Dağlıq Qarabağda baş verən erməni vəhşiliyinə şahidlik etməyə həvəsli görünmürlər. Yoxsa, öz işlərinə vicdanla yanaşıb həqiqəti üzə çıxarardılar, Deyəsən, dünyanın vicdan limiti də tükənib, yoxsa...

Fakt budur, yoxsa yalan danışmaq siyasətçinin işini heç də yaxşılığa doğru dəyişmir. Əksinə, Ermənistan rəsmilərinin yalanı həmişə olduğu kimi bumeranq effekti yaradır.


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"


\"\"

Bütün xəbərlər Facebook səhifəmizdə