Bu gün Milli Məclisin növbədənkənar iclasında "İstehsalat və məişət tullantıları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər müzakirəyə çıxarılıb.

SİA-nın məlumatına görə, millət vəkili Elmira Axundova çıxışında bundan əvvəl qəbul edilmiş "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə danışmaq istəyib, sullarının olduğunu söyləyib. Vitse-spiker Ziyafət Əsgərov isə qəbul edilmiş qanun layihəsi barədə başqa bir qanun layihəsi müzakirə edilərkən çıxış etməyi düzgün saymayıb. Elmira Axundova isə yenə də "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında" qanuna dəyişikliklər edilməsi barədə layihəyə toxunub və bir sıra məsələləri başa düşmədiyini bildirib. Ziyafət Əsgərovun cavabı isə daha sərt olub: "Sabah da jurnalistlər yazacaq ki, 15 ilin deputatı hələ bilmir ki, nə müzkirəyə qoyulub, nəyə səs verilir. Qanun layihəsi təklif edənlər deputatlardır, başa düşmürüsünüzsə, kitab, ensiklopediya oxuyun!".

Vitse-spiker Valeh Ələsgərov da Elmira Axundova irad tutub: "Nəyisə başa düşmürsünüzsə, komitə sədri, mən, Ziyafət müəllim, ekspert var, əvvəlcə yaxınlaşıb soruşun. Hər kiçik məsələni şişirtməyin. Burada oturanlar da axı insanlardır!?".


Bütün xəbərlər Facebook səhifəmizdə