Elşən Manafov: “Azərbaycan müxalifətinin ictimai rəyə təsir imkanları yetərli deyil” - MÖVQE
Onun sözlərinə görə, Avropa parlamentinin 24 may 2012-ci ildə qəbul etdiyi qəbul etdiyi qətnamə Azərbaycanın Avropa Birliyi ilə münasibətlərinə bu və ya digər mənada xələl gətirir: "Belə ki, ölkəmiz AB daxilindəki öhdəlikləri ardıcıl və mütəmadi şəkildə yerinə yetirdiyi, əməkdaşlıq üçün bütün real imkanlardan istifadə etdiyi halda AB, eləcə də onun aparıcı dövləti olan Almaniya \"Nabucco\" ilə bağlı danışıqların öz xeyrinə həll edilməsi üçün Azərbaycan iqtidarına təzyiqlərini gücləndirməkdə davam edirlər. Bu təzyiqlərin gücləndirilməsinin mümkün mexanizmlərindən biri də müxalifətin \"İctimai palata\"da birləşmiş məlum qanadıdır. ABŞ dövlət katibi Hillari Klinton ölkəmizə etdiyi səfər zamanı müxalifəti təmsilçiləri ilə görüşməməsi də buna birdaha bariz sübut idi. Çünki ilk növbədə Azərbaycan müxalifətin ictimai rəyə təsir imkanları artıq yetərli səviyyədə deyil. Digər tərəfdən Gürcüstandan fərqli olaraq H.Klintonun Azərbaycanla bağlı maraqları tamam fərqlidir. Belə ki, ölkəmiz enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq baxımından, beynəlxalq terrorizmə qarşı mübarizədə daha böyük əhəmiyyətə malikdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB