Hillari Klintonun Azərbaycana səfəri başlayıb

Bu gün ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayır. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Birləşmiş Ştatların xarici siyasət idarəsinin rəhbəri Bakıya Ermənistan və Gürcüstandan sonra gəlir.


Hillari Klinton Bakıda Azərbaycan prezidenti İlham Əliyev, azərbaycanlı həmkarı Elmar Məmmədyarov, eləcə də, vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək. Dövlət katibinin səfəri zamanı regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri və Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə