Hikmət Babaoğlu: “Münaqişənin həllində “xalq diplomatiyası” da lazımdır, amma həlledici deyil” - MÜNASİBƏT

Hikmət Babaoğlu: “Münaqişənin həllində “xalq diplomatiyası” da lazımdır, amma həlledici deyil” - MÜNASİBƏT

"Çarəsi tükənmiş Ermənistanın ümidi \"xalq diplomatiyası\"na qalıb"


Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü zamanı Rusiya prezidentinin təklifinə uyğun olaraq bu gün Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı və erməni jurnalistlərin görüşü keçirilib. Qeyd edək ki, bundan bir müddət əvvəl xalq diplomatiyası adı altında azərbaycanlı və erməni ziyalılarının görüşü olmuşdu. Bəs görəsən, rəsmi danışıqlardan kənar aparılan və daha çox "xalq diplomatiyası" kimi hallandırılan belə görüşlər münaqişənin həllində hansı rolu oynaya bilər? SƏS TV-ə müsahibə verən politoloq Hikmət Babaoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində bu effektiv variant deyil. Politoloq qeyd edib ki, bu yalnız bütün potensialını itirmiş Ermənistanın son ümididir.



- Hikmət müəllim, bu gün Azərbaycan və Ermənistan jurnalistləri Moskvada görüşürlər. Bu görüş prezidentlərin Soçi görüşündə əldə edilmiş razılaşmaya uyğun aparılır. Bundan qabaq da Azərbaycan və Ermənistan ziyalıları Moskvada görüşmüşdü. Ümumiyyətlə, "xalq diplomatiyası" dediyimiz bu anlam Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana nə qazandırır?


- Bütövlükdə xarici siyasət hər bir dövlətin beynəlxalq münasibətlərdəki fəaliyyətinin məcmusudur. Yəni beynəlxalq münasibətlər sistemində dövlətin həyata keçirdiyi, bütün növ fəaliyyətlər xarici siyasət adlanır. Ancaq dövlətin daxilində həyata keçirdiyi siyasətə isə tam başqa cür rakusdan baxılır, dövlətin daxili siyasəti kimi əlaqələndirilir. Amma bu o demək deyil ki, dövlətin daxili və xarici siyasəti, xüsusən, indiki dövrdə fərqli əsaslarda formalaşan ayrı-ayrı məsələlərdir. Əsla belə deyil. Onlar bir-birini tamamlayan və necə deyərlər məqsədyönlü fəaliyyət növləridir. Ona görə də xarici siyasətlə bağlı bu gün dünyada siyasətlər nəzəryəsini öyrənən alimlər tərəfindən müxtəlif metodlar, metodologiyalar öyrənilir. Bütün idarəetmə nəzəriyəsində olduğu kimi xarici siyasət nəzəriyəsində də realistlər var, romantiklər var, liberallar var. Amma bu gün ki, xarici siyasətin keyfiyyəti və xarakteri müasir mərhələdə beynəlxalq münasibətlər sistemində var olan xarici siyasətlərin istiqamətləri məhs siyasi realizmə əsaslanan klassik xarici siyasətdir. Klassik xarici siyasət nəzəryəsinin əsasını isə amerikalı tədqiqatçı Alison qoyub. Alison qeyd edir ki, xarici siyasət dövlətlərin maraqları əsasında formalaşan konkret, məqsədyönlü, ardıcıl siyasətdir. Hesab edirəm ki, bu mübahisəsiz belədir. Əlbəttə, başqa nəzəryəçilər var ki, bundan bir qədər fərqli yöndə izah etməyə çalışırlar, Belə bir yanaşma var ki, xarici siyasət dedikdə, dövlət tərəfindən qəbul olunmuş aktları, qərarları, fərmanların, sərəncamların və digər fəaliyyət növlərinin öz-özünə formalaşan mexanizmdir. Ona görə, mən hesab edirəm ki, siyasət nəzəriyyəsində Hans Margentau kimdirsə, xarici siyasət nəzəryəsində də Alison odur. Bu gün xarici siyasət məsələsinə yanaşsaq görəcəyik ki, xarici siyasəti həyata keçirmək üçün müxtəlif qurumlar var ki, bunlar bu proseslərlə məşquldular. Bu unistusiyal qurumlar eyni zamanda funksional qurumlardır. Hər bir ölkə beynəlxalq münasibətlərin hər bir aktoru öz xarici siyasətini həyata keçirmək üçün peşəkar kadrlardan unistusiyal qurum formalaşdırır. Bunun adı bəzi ölkələrdə xarici işlər nazirliyi, bəzi ölkələrdə xarici işlər üzrə departamnet, dövlət katibliyi və.s. Amma bunların hamısı eyni funksianı həyata keçirir. Yəni demək istəyirəm ki, funksional vahid mütləq olmalıdır adı nə olursa, olsun. Bunlar bu gün beynəlxalq münasibətləri olan xarici dövlətlərin xarici siyasətini həyata keçirir. Məsələ ondadır ki, xarici siyasət və diplomatiya ümumiyyətlə, milli güc dəyərləndirilərkən, milli gücün beyni adlandırılır. Milli gücün kəmiyyət və keyfiyyət kompanetləri içərisində yer alan və hamısından üstün tutulan keyfiyyət kompanenti olan diplomatiyadır. Diplomatiya xarici siyasətin beynidir, milli gücün beynidir, buna görə də müxtəlif resurslardan istifadə olunur. Xarici siyasət həyata keçirilərkən inzibati, intilektual, hərbi və iqtisadi faktordan istifadə edilir. Eyni zamanda siz dediyiniz kimi xalq diplomatiyası adlandırılan bir diplomatiya var ki, dediyim kimi qeyri hökumət təşkilatları, müxtəlif ictimai institutlar, müxtəlif siyasi institutlar və.s iştirak edir. Siyasi adlanmayan qeyri-siyasi institutların iştirakı ilə həyata keçirilən xarici siyasət xalq diplomatiyası adlandırılır. Və bunun da müxtəlif metodları resursları var. Bunlar müxtəlif şəkildə təzahür edə bilər jurnalistlərin görüşü şəkilində, bəzən mədəniyyət xadimlərinin görüşü şəkilində, bəzən ictimai xadimlərin timsalında, bəzən cəmiyyətin hörmətli insanların timsalında. Hazırkı mərhələdə Ermənistan Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycan Respublikası öz xarici siyasətində bütün metod və vastələrdən istifadə edir. Bəzi hallarda bu Azərbaycanın təşəbbüsü ilə baş verir.Çünki bayaq dedik ki, xarici siyasət məqsədyönlü siyasətdir, konkret maraqlara söykənən siyasətdir. Bəzi hallarda isə digər aktorlar tərəfindən gələn təşəbbüslərdə qiymətləndirilir. Bunun səbəbi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı diplomatik intensivlik səngiməsin, daim gündəlikdə olsun ki, bizi bu problemin həllinə yaxınlaşdırsın. Ona görə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bütün növ fəaliyyətlərdə Azərbaycan var və var olacaqdır. Çünki bu bizim bir nömrəli problemimizdir. Azərbaycanın xarici siyasətinin ən paritet istiqamətidir. Amma bununla bərabər bilirsiniz ki, 2007-ci ildən başlayaraq Azərbaycanın xarici siyasətində bir hücum diplomatiyası təşəbbüsü irəli sürülüb. Ölkə başçımız tərəfindən irəli sürülən bu təşəbbüs gözəl nəticələrə gətirib çıxarıb. Həmin nəticələr, bilirsiniz ki, bu gün erməni təbliğatının qarşısını almaqla Azərbaycan həqiqətlərini dünyaya çatdırıbdır. Məhs bu məqamda dediyimiz kimi, xarici siyasətin resursları adlandırdığımız kompanentlərdən biri də lobbiçilik fəaliyyətidir, diaspora fəaliyyətidir və.s. Bilirik ki, Ermənistanın xarici siyasəti əsas etibarı ilə lobbiçilik, xristian təəssübkeşliyi və diaspor üzərində qurulub. Çünki xarici siyasəti həyata keçirmək üçün Ermənistan adlandırılan o funksional təşkilatın başqa resursları yoxdur. İqtisadi, hərbi, intilektual resurları yoxdur. Belə olan təqdirdə onlar qeyri-ənənəvi resurslara əl atmalıdır. Prosesi idarə edən, onun şəkillənməsində xidmətləri olan bəzi dövlətlər Ermənistanın bu siyasətini dəstəkləməklə onu xarici siyasətdə suni aktor kimi saxlamağa çalışırlar. Buna da hələlik nail ola bilirlər. Ona görə də, Azərbaycanın hücum diplomatiyasından sonra Ermənistanın xarici siyasətində ən güclü kompanent hesab edilən lobbiçilik fəaliyyətini də neytrallaşmağı bacarmışıq. Bu Azərbaycan diplomatiyasının həyata keçirdiyi hücum diplomatiyasından sonra mümkün olub. Əgər bunun isbatını söyləmək lazımdırsa, ən real və ən parlaq nəticə kimi Azərbaycanın BMT-yə üzv olan 193-dövlətdən 155-nin səsini alması və Təhlükəsizlik Şurasının qeyr-daimi üzvü seçilməsini göstərmək olar. Artıq erməni lobbisi və erməni diaspor təşkilatları, yəni erməni xarici siyasətini effektli edən bu kompanentlər neytrallaşdırılıb. Bunun ən son nümunəsi də Çikaqoda baş verdi. Bilirsiniz ki, orada NATO-nun zirvə toplantısı keçirildi. Bu zirvə toplantısında dünyanın nüfuzlu təşkilatlardan olan NATO-ya üzv olan dövlətlər ermənilərin əllərində əsas tutduğu "milli azlıqların öz müqəddəratını təyinetmə hüququ" haqqında maddəni son qətnaməyə salmadılar. Onlar dövlətlərin ərazi bütövlüyünü tanınması ilə bağlı məsələyə münasibət bildirərək Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər. Bilirsiniz ki, artıq istər Amerikada, istər Avropada fəaliyyət göstərən müxtəlif erməni təşkilatları həyəcan təbili çalmağa başlayıblar. İlk belə təbil Avropadan gəldi. Avropa Daşnaküstyün Partiyasının sədri bəyanat verdi ki, Ermənistan hər keçən gün uduzur və Qarabağı itirir. Ümumiyyətlə, Ermənistan dövlətçiliyi təhlükə altındadır. Bu məğlubiyyəti kompensasiya etmək üçün ermənilər yüngül populist addımlar atmağa cəhd göstərirlər. Bilirsiniz ki, Amerikada yaşayan ermənilər ABŞ prezidentinə, xarici işlər nazirinə müraciət ünvanlamaqla yanaşı onlardan ermənilərin "haqqını" qorumağı tələb etdilər. Əlbəttə, bu diqqətdən kənar qaldı. Çünki, inkişaf edən, daim uğurlar qazanan Azərbaycan diplomatiyası qarşısında bunlar bir nəticə vermir. Mən hesab edirəm ki, bu gün jurnalistlər görüşəcək, sabah bəlkə ziyalılar görüşəcək, amma işğal faktının olduğu yerdə digər vasitələr sülhyaratmada iştirak edə bilməz. Bunlar yalnız ciddi diplomatiya müstəvisində, klassik diplomatiya müstəvisində uduzmaqda olan ermənilərin öz daxili siyasətləri üçün atdıqları populist addımlardır.


- Bundan bir neçə il əvvəldə xalq diplomatiyası adı altında görüşlər oldu. O, zaman bunu qeyri-hökumət təşkilatları həyata keçirirdi. Hazırda isə Moskvanın təşəbbüsü ilə reallaşır. Ümumiyyətlə, xalq diplomatiyasının birinci mərhələsi uğursuz oldu. Bəs ikinci mərhələsi necə olacaq?

- Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Azərbaycan tərəfi bütün növ danışıqları məqbul hesab edir. Amma mən inanmıram ki, bu cür "xalq diplomatiyası" və yaxud digər üsullar vastəsilə münaqişə həll edilsin. Çünki bu prinsipial məsələdir. Ermənistanı hərbi düşərgə kimi Qafqazda saxlayan güclər problemin bu cür metodlarla həll olunmasına icazə verməzlər. Əlbəttə, münaqişənin həll edilməsində "xalq diplomatiyası" kimi vastələr də lazımdır. Amma onun da öz zamanı var. Bəlkə də müəyyən məqsədlərə xidmət edə bilər, amma əsla həlledici ola bilməz.


Vüqar ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə