Bu gün Bakıda 30 dərəcə isti olacaq

Bu gün Bakıda 30 dərəcə isti olacaq
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan SİA-ya verilən məlumata görə, bu gün yarımadada temperatur gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Bakıda isə gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcəkdir. Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə