Azərbaycan Prezidenti Çikaqo Sammitində dövlət və hökumət başçıları ilə görüşüb - FOTOLAR
Bu gün ABŞ-ın Çikaqo şəhərində keçirilən NATO-nun Sammiti çərçivəsində dövlət və hökumət başçılarının görüşü olub. SİA-nın AzərTac-a istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen və ABŞ Prezidenti Barak Obama çıxış edərək gündəlikdəki məsələlərdən danışıblar.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Görüş başa çatdıqdan sonra dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB