Türkiyənin Avropa Birliyinə qoşulması məsələsi yenidən gündəmə gətirilir
Avropa Birliyinin genişlənmə üzrə komissarı Ştefan Fyule Türkiyədə səfərdədir. O, burada 1999-cu ildən quruma qoşulmaq istəyən rəsmi Ankaranın Brüssellə əlaqələrinin son durumu ilə bağlı müzakirələr aparacaq.
Türkiyənin Avropa Birliyinə qoşulması məsələsi bir neçə ildir, dondurulub. Əsas səbəb kimi ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Kipr Respublikasının varlığını qəbul etməməsi bildirilsə də, mövcud prosesdə Türkiyə-Ermənistan sərhədinin açılmaması və Ankaranın qondarma \"erməni soyqırımı\"nı tanımaq istəməməsi məsələsi də az rol oynamır. Təsadüfi deyil ki, müxtəlif Avropa ölkələrindən, o cümlədən Fransadan bununla əlaqədar mesajlar indinin özündə də səslənməkdədir.
Onu da deyək ki, Fyule bir müddət əvvəl jurnalistlərə açıqlamasında Türkiyə-Avropa Birliyi əlaqələrində müvəffəqiyyətlərin əldə olunması üçün geniş miqyaslı səylər göstərəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB