Cəbhədə vəziyyət gərgindir

Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 16-da saat 21.25-dən 21.45-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri, saat 16.00-dan 16.15-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.15-dən 13.20-dək, 13.30-dan 13.40-dək və mayın 17-də 00.45-dən 00.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Horadiz kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.23-dən 17.55-dək, 23.10-dan 23.25-dək və mayın 17-də 01.40-dan 01.50-dək Cəbrayıl rayonunun Çiləbürt və Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.05-dək və mayın 17-də 00.45-dən 00.55-dək Ağdam rayonunun Mərzili və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.



Bütün xəbərlər Facebook səhifəmizdə