Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib

Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu həmsədrlərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

SİA-nın prezidentin saytına istinadən xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə